haberL haberR

Bəhreyndə məşhur siyasi məhbus azadlığa çıxdı (Foto)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 20.06.2015 12:52:12

O, xalqı dövlətə qarşı qaldırma ittihamı ilə həbs edilmişdi

İslamazeri.az Bəhreyn mediasına istinadən xəbər verir ki, Bəhreyn Liberal-Demokrat Partiyasının (WAAD) lideri İbrahim Şərif azadlığa çıxıb.

O, 2011-ci il martın 17-də xalqı dövlətə qarşı qaldırma ittihamı ilə həbs edilmişdi. 2011-ci il 12 iyun tarixində İbrahim Şərifin məhkəməsi keçirilib və ona 5 il müddətinə həbs cəzası verilib.

Onun birdən-birə həbs cəzasının ləğv edilərək azadlığa buraxılması Bəhreyndə şayiələrə səbəb olub.

Qeyd edək ki, bir neçə gün öncə “Əl-Vifaq” təşkilatının rəhbəri Şeyx Əl Salmana xalqı dövlətə qarşı qaldırma ittihamı ilə 4 il həbs cəzası verilmişdi.

Bəhreyndə məşhur siyasi məhbus azadlığa çıxdı (Foto)

/haberimaj/habergaleri/9N6Z8J9L8W5Z.JPG
  1. Bəhreyndə məşhur siyasi məhbus azadlığa çıxdı (Foto)

  2. Bəhreyndə məşhur siyasi məhbus azadlığa çıxdı (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.