Kral, Ayətullah Nimri "əfv məktubu"na imza atdırmaq istəyirdi - Şeyx Dəqaq

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Şeyx Abdullah Dəqaq Baqir Nimrlə bağlı şok faktları açıqlayaraq, Ayətullah Baqir Nimrin edamına etiraz edən İran xalqına təşəkkür edib.
Şeyx Dəqaq İngiltərə ilə Səud tayfasının tarixi əlaqələrinə toxunaraq deyib: “İngiltərə bəzi ölkələrin yardımı ilə illər öncə müsəlman ərəb ölkələrini 33 ölkəyə parçaladılar. Bu zaman 2 yeni ölkə də yaratdılar. Biri İsrail digəri isə Səudiyyə Ərəbistanı. Ərəb yarımadası adlnan bu bölgə artıq Səudiyyə Ərəbistanı adlandırılmışdı. Səud tayfası Nəcddə yaşayan barmaq sayı olan tayfa idilər. İngilislər onlara hakimiyyət vədəsi verərək İngiltərənin siyasətlərini bu ölkədə tətbiq etmələrini istədilər".
Bəhreynli alim Bəhreyndəki zülmlərə edilən etirazlardan, Səudiyyənin Bəhreyndə törətdiyi cinayətlərə işarə edərək "Biz Bəhreyndə zülm əleyhinə qiyam etdik, lakin Səud rejimi Bəheynə daxil olaraq 38 məscidi yerlə yeksan etdi, minlərlə kitab yandırdı və minlərlə insanı həbs etdi. Səud rejimi öz fitnəsi ilə bizi ümüdsüz etmək fikrində idi. Lakin xalqımız “zillət bizdən uzaqdır” şuarını söyləyərək Hüseyn (ə) bayrağını dalğalandırdı". deyə danışıb.
Dəbaq daha sonra Səud kralının Ayətullah Nimr və ailəsini "əfv məktubu"na imza atdırmaq istədiyini bildirərək deyib: "Şeyx Nimrin edam edilməsindən öncə Səud rejimi, Nimrin ailəsini Şeyxin üzr istəyəcəyi təqdirdə onu edam etməyəcəklərini bildirib. Hətta ailəsinin belə üzr istəməsi kifayətdir demişdilər. Qardaşları Şeyxlə görüşə getdiyində, Şeyx nə özünün, nə də onların "əfv xahişi"ni qəbul etməyəcəyini söyləyib. Şeyx Nimrin arzusu şəhid olmaq idi. Bu mədəniyyət Kərbəladan və şəhidlərin sərvərindən bizim qanımızda axır".
Bəhreynli İslam alimi Səudiyyə əleyhinə etiraz aksiyalarına da toxunaraq "Etiraz aksiyaları Səud rejimini narahat edib və İranla əlaqələrini kəsib. Deməliyik ki, sizinlə əlaqədə olmağın heç bir xeyri yoxdur. Cəhənnəməki əlaqələrinizi kəsirsiniz. Ümüd edirik ki, bu etirazlarla imam Zamanın (ə) qəlbini şad edə bilək.”deyə sözlərini bitirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.