haberL haberR

Bəhreynli İslam alimi zindandan səsləndi: “Qələbə Allaha yardım edənlərlədir”

Kateqoriya: İslam Yayımlama tarixi: 29.12.2015 15:55:48

Bəhreynin "Əl Vifaq" təşkilatının rəhbəri, islam alimi Şeyx Əli Salman islam Peyğəmbərinin (s) doğum günü münasibəti ilə zindandan yeni məktub göndərib

İslamazeri.az-ın “Miratul-Bəhreyn”-ə istinadən verdiyi xəbərə əsasən, Bəhreynin nüfuzlu ruhanisi Şeyx Əli Salman bəhreynlilərə ünvanlanan məktubda xalqın əzmi və mübarizə ruhiyyəsi təqdirə layiq hesab olunub.

Şeyx Salman demokratik Bəhreyn üçün mübarizənin davam edəcəyini  deyib: “Demokratik Bəhreynə nail olanadək mübarizəmiz davam edəcəkdir. Mən sizin hər birinizin əlini Allaha, vətənə və xalqınıza görə etdiklərinizə görə öpürəm. Həmçinin bu 5 il ərzində qəhrəmancasına həbs olunanların önündə baş əyirəm. Bu hədəf uğrunda çalışan hər bir şəxsə öz təşəkkürümü bildirirəm".

Şeyx Salman məktubda bəyrenlilərin Allaha olan bağllığına görə şükr edərək "Mən Allahın bu vədəsinə inanıram: “Qələbə Allaha yardım edənlərlədir”. Allah öz hüquqlarını adilcəsinə tələb edən əziz xalqımızın yardımçısı olsun. Bayramınız mübarək!” deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.