haberL haberR

Belçika polisi 16 çeçen terrorçusunu həbs edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 09.06.2015 10:44:37

Ostend, Bredene, Antverpen, Jabbeke, Luven və Namur şəhərlərində əməliyyatlar keçirilib

İslamazeri.az "France24"-ə istinadən verdiyi xəbərə görə, Belçika polisi apardığı 21 reyddən sonra bir-biri ilə əlaqəli 16 çeçen terrorçusunu həbs edib. 

Polis əməliyyatları Ostend, Bredene, Antverpen, Jabbeke, Luven və Namur şəhərlərində keçirib. 

Belçikanın Baş naziri Çarlz Mişel hadisə haqda söyləyib ki, ölkə polisi əzmlə terrorçuluqla mübarizə aparacaq və ölkədə demokratiyaya təhlükə olan şəxslər zərərsizləşdiriləcək. 

Xatırladaq ki, bu cür əməliyyatlardan biri də yanvar ayında keçirilmişdi. Əməliyyat nəticəsində 5 İŞİD terrorçusu həbs olunmuşdu.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.