haberL haberR

Belçikada İŞİD-lə əlaqədə şübhəli bilinən 10 iraqlı saxlanılıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.07.2016 21:27:48

Onlar Belçikaya sığınacaq istəyən şəxslərin görkəmi altında müxtəlif zaman kəsiklərində gəliblər

Islamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Belçikada İraqdan olan 10 qaçqın İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıblar. "Gazette" qəzeti bildirib. Qəzetin məlumatına əsasən, saxlanılanlar biri sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.

Ötən gün “Derniere heure” qəzeti isə bildirib ki, Belşikada sığınacaq almış Mosul və Bağdaddan olan 15-ə yaxın qaçqın, İŞİD-lə əlaqəli ola bilərlər. Nəşriyyatın məlumatına əsasən, Belçikada ehtimal edilən İraqdan olan terrorçu yuvaları barədə polisə məlumatı, ictimai asayişə görə saxlanılmış qaçqınlardan biri danışıb. Hazırda məlumdur ki, iraqlı terrorçular Belçikaya sığınacaq istəyən şəxslərin görkəmi altında müxtəlif zaman kəsiklərində gəliblər və İŞİD-ə yaxın olan eyni ekstremist qruplaşmasının mənsublarıdırlar.

Nəşrin məlumatına əsasən, “İraq yuvasının” bütün üzvləri qaçqın statusu aldıqdan sonra, qapalı qaçqın mərkəzlərindən çıxdıqdan sonra onları, Şarlerua şəhərinin əslən Marəkeşdən olan 40 yaşlı qadın sakini qarşılayıb. İstintaq müəyyən edib ki, o, iraqlılara təkcə yerbəyer olmağa yox, həmçinin pul ilə köməklik edirdi, Belçikanın şərqində yerləşən Vervyedəki İslam mərkəzi ilə sıx əlaqədə olub. 2015-ci ilin yanvar ayında anti-terror əməliyyatı nəticəsində orada krallıq ərazisində terror aktı hazırlayan qruplaşmanın 3 üzvü zərərsizləşdirilmişdi. Derniere heure bildirmişdi ki, iraqlı ekstremistlərin və onların əlaqəçi şəxsinin olduğu ehtimal edilən Şarlerua və bir sıra digər yerlərdə axtarışlar aparılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.