haberL haberR

Belçikada müsəlmanlar üçün orta məktəb açılacaq

Kateqoriya: İslam Yayımlama tarixi: 16.07.2015 14:48:12

Belçikada ilk dəfə olaraq müsəlman şagirdlər üçün məktəb açılacaq

İslamazeri.az-ın “Le-Soir”-ə istinadən verdiyi xəbərə görə, Belçikanın Brüssel şəhər bələdiyəsi paytaxtda ilk dəfə olaraq müsəlmanlar üçün nəzərdə tutulan orta məktəbin açılmasına icazə verib.

“Xeyirxah” adlanan təhsil müəssisəsi öz qapılarını şagirdlərin üzünə bu ilin sentyabr ayının 1-dən açacaq. Təhsil müəsisəsində 120 şagirdin təhsil alacağı, daha sonra isə bu sayın 660 şagirdədək yüksəldilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Belçikanın ümumi əhalisi 11,2 milyon nəfərdir. Onlaran 600 min nəfəri müsəlmandır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.