Bələdiyyə sədrinə hökm oxundu

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Təyyar Abbaslının sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Fikrət Əmrahov aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunub.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Fikrət Əmrahovun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ötən ilin iyun ayının 21-də Sabirabad rayonunun Həşimxanlı kənd bələdiyyəsinin sədri Fikrət Əmrahovla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqif Nəcəfov arasında mübahisə yaranıb. Mübahisə zamanı Fikrət Əmrahov Aqif Nəcəfovu döyərək, ona bədən xəsarəti yetirib. Fikrət Əmrahov Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.