Ben Ladenin oğlu şiələrə qarşı cihada və terror aktlarına səslədi

İslamazeri.az xəbər verir ki, "Əl-Qaidə"nin media qolu "Əs-Sahab Media" təşkilatın qurucu lideri Usamə Ben Ladenin oğlu Həmzə Ben Usamə Ben Ladenə aid səs yazısı yayımlayıb.
Həmzə Ben Laden "Əl-Qaidə"nin qollarına salam göndərdiyi mesajında müharibəni Vaşinqton, London, Paris və Təl-Əvivə daşıma vaxtının gəldiyini deyib və söyləyib ki, bu onlara vacibdir.
Şiələri rafizi adlandıran və onların Suriya və İraqda həddi aşdığını bildirən Həmzə Ben Laden şiələrə qarşı müharibə elan etdiyini bildirib.
Ramazan ayından əvvəl yazıldığı ehtimal edilən səsli mesajda Ben Laden, Molla Ömər haqda möminlərin əmiri kimi bəhs edir və ona beyət etdiyini bildirir. Ben Laden Ərəbistan yarımadasındakı "Əl-Qaidə" lideri Vuheyşiyə də xüsusi salam göndərir. Dünyanın fərqli bölgələrində olan terrorçu təşkilatları və liderlərini tərifləyən Ben Ladenin İŞİD lideri Bağdadidən bəhs etməməsi diqqət çəkib. "Nusra Cəbhəsi" terror təşkilatı Əbu Məhəmməd əl-Cevlani haqqında da mülayim mesajlar verən Həmzə Ben Laden onu xüsusilə tərifləyib.
Həmzə Ben Laden, həmçinin başda ABŞ olmaqla qərb ölkələrində "canavar hücumları", yəni terror aktları həyata keçirməyə çağırıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.