haberL haberR

Bərdədə aşkarlanan 20 ton keyfiyyətsiz ət zərərsizləşdirilib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 08.12.2015 12:35:21

Bərdə rayonunda aşkarlanan 20 ton keyfiyyətsiz ət zərərsizləşdirilib.

İslamazeri.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, adı çəkilən əməliyyatı Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə həyata keçiriblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları mənşəyi bilinməyən 20 ton əti Bərdə şəhər Səməd Vurğun küçəsində yaşayan Seyfəddin Əsgərovun həyətindəki anbarda aşkarlayıblar. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.