haberL haberR

Bərzani İraq Kürdistanının İraqdan ayrılacağının mesajını verdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 18.05.2016 9:35:19

İraq Kürdistan Regional Rəhbərliyinin başçısı ölkənin faktiki olaraq bölündüyünü açıqlayıb

İslamazeri.az-ın "Sumariyə"-yə istinadən verdiyi xəbərə əsasən, Məsud Bərzani ölkədə olan bölünmənin sərhədlərini tayfaların növlərinin təyin etdiyini dilə gətirərək deyib: "Kürdistan, ölkədə birliyin qorunması üçün bütün yollara əl atmışdır. İraqın bu günkü vəziyyətə düşməsində Kürdistan xalqının günahı yoxdur. İŞİD İraq, Suriya və digər ölkələrdə sərhədləri pozaraq, yenilərini təyin edib. Biz problem və ixtilafların həlli üçün İraq dövlətini Kürdistan bölgəsi ilə ciddi müzakirələrə dəvət edirik. Əgər rəsmi Bağdad bizimlə həmkarlıq edə bilməzsə, biz kürdlər onlara gözəl qardaş və qonşu olacağıq."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.