haberL haberR

Beş ildən sonra ilk dəfə İranAir-ə aid təyyarə Parisdə yanacaq doldurdu

Kateqoriya: Region Yayımlama tarixi: 20.01.2016 10:36:53

Fransa İranın sərnişin təyyarələrinin yanacaq doldurmasına tətbiq etdiyi sanksiyaları ləğv edib

İslamazeri.az-ın "SəhərTV"yə istinadən verdiyi xəbərə görə,  çərşənbə axşamı günü İranAir hava yolları şirkəti 5 ildən sonra Parisin Ourli hava limanında yanacaq doldurmuş və sonra Tehran istiqamətində uçmuşdur.

İran və 5+1 qrupu arasında İranın "Əhatəli Müştərək Təşəbbüs Proqramı"nın icra olunması ilə İran təyyarələri bundan sonra Paris hava limanlarında yanacaq doldura bilərlər.

Bu məlumata görə, 5 il öncədən indiyə qədər İran təyyarələri Paris hava limanlarında yanacaq almaq problemi ilə üzləşir və Parisdən döndüyü zaman hava limanlarından birində eniş edərək yanacaq doldurmalı və Tehran istiqamətində uçmalı idilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.