haberL haberR

Bəxtiyar Hacıyev saxlanılıb: "Yol polisi fiziki güc tətbiq etdi"

Kateqoriya: Ölkə Yayımlama tarixi: 15.08.2016 16:15:50

O, zorla polis bölməsinə aparıldığını bildirib

Harvard məzunu, siyasi fəal Bəxtiyar Hacıyevi Yasamal rayon 27-ci polis bölməsinin əməkdaşları saxlayıb. Bu barədə B.Hacıyev yaxın dostlarına telefonla məlumat verib. O, hazırda Yasamal rayonu 27-ci polis bölməsində olduğunu bildirib. Qeyd edib ki, onu zorla polis bölməsinə aparıblar.

"Dünən mübahisə edib, söyüş söyən yol polisi ilə mübahisə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır"- Bəxtiyar Hacıyev Facebook səhifəsində yazıb.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə eşitmədiyini, nahardan sonra maraqlanacağını deyib.

Yasamal rayonu 27-ci polis bölməsinin növbətçi hissəsindən Meydan TV-yə bildiriblər ki, Bəxtiyar Hacıyev adlı şəxs bu bölməyə gətirilməyib.

Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanılıb və 2006-cı ildən etibarən hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

O, Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən "vicdan məhbusu" elan edilib.

B.Hacıyev 4 iyun 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.