haberL haberR

Beyləqanda 6 yaşlı oğlunun başını kəsən ata tutuldu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 16.02.2016 13:57:35

Beyləqan rayonunda 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata saxlanılıb.
 APA-nın yerli bürosunun xəbərinə görə, Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov tutularaq rayon prokurorluğuna gətirilib.
 
Qeyd edək ki, Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.
 
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
 
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
 
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.