haberL haberR

Beyrutda, Suriyada şəhid olmuş “Hizbullah” komandirini dəfn ediblər - Video

Kateqoriya: Dünya Yayımlama tarixi: 14.05.2016 11:43:53

Livanda minlərlə insan Suriyada Xanım Zeynəbin (s.ə) ziyarətgahını müdafiə edərkən həyatını itirən Mustafa Bədrəddinin dəfn mərasimi təşkil olunub

İslamazeri.az "Əl Aləm"ə istinadən xəbər verir ki, Suriyada şəhid edilmiş “Hizbullah” komandiri Mustafa Bədrəddinin dəfn mərasimində minlərlə insan iştirak edib.

Xatırladaq ki, ötən gün bildirilmişdi ki, çərşənbə günü gecə saatlarında Dəməşq hava-limanı ərazisində yerləşən Hizbullah obyekti hücumu məruz qalıb.

Ağ Evin mətbuat katibi Coşua Ernest bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin HHQ, Bədrəddinin Suriyada həyatını itirdiyi ərazidə olmayıblar və buna görə də Vaşinqton onun ölümünü təsdiqləyə bilmir.

Rusiya prezidentinin mətbuat-katibi Dmitriy Peskov həmçinin bildirib ki, “Hizbullah” komandirinin ölüm xəbəri yoxlanmaya ehtiyacı var.

Hizbullah Mustafa Bədrəddinin təkfirçilərə qarşı böyük uğurlar əldə etdiyini bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.