haberL haberR

Bəzi saytların "Türkman qətliamı" fotoları saxta çıxdı (Faktlar)(Foto)

Kateqoriya: Dünya Yayımlama tarixi: 24.11.2015 0:47:30

KİV-də bəzi saytların Suriya ordusunun Türkmanlara qarşı qətliam etməsini sübut etmək məqsədilə istifadə etdikləri fotoların yayımlanma tarixi ən azı iki ay əvvələ təsadüf edir

Bəzi KİV-də Suriya ordusunun Türkmanlara qarşı qətliam etməsini sübut etmək məqsədilə istifadə etdikləri fotoların yayımlanma tarixi ən azı iki ay əvvələ təsadüf edir. İslamazeri.az bu şəkillərin hər birilə bağlı qısa araşdırma aparıb.

Araşdırmanın nəticəsini diqqətinizə çatdırırıq:

1) Bu hadisə Fələstində İsrailin hücumu nəticəsində baş vermişdir. Bu İsrail cinayəti təxminən 2015-ci ilin fevral ayında baş vermişdir. Fotoda Fələstinə aiddir.

Bu şəkillə bağlı linklər

http://palestinalibre.org

http://www.hispantv.com

 

2)  Bu şəkil "Associated Press"ə məxsusdur. Foto Səud rejiminin Yəmənə hücumundan sonra iyul ayında çəkilib.

Bu şəkillə bağlı linklər

http://www.annaharpress.net

http://www.alalam.ir/

https://twitter.com

http://www.alakhbar.co

 

3) Bu şəkil Suriyada çəkildiyi ehtimal olunur. Fotonun 2015-ci ilin avqust ayında paylaşıldığını görürük.

https://yallasouriya.wordpress.com/

http://linkis.com/imgur.com/

 

4) Bu şəkilin də Türkman dağında çəkildiyi iddia olunur.

Əslində isə heç də Türkmanların qətliam edilməsini əks etdirən görüntülər deyil.

Belə ki, bu şəkil Azərbaycanın bir neçə saytı tərəfindən 2015-ci ilin sentyabr ayında yayımlanıb.

http://news.milli.az/

 

5) Bu şəkilin tarixi isə 2013-cü ilə təsadüf edir. Fotonun harada çəkildiyini dəqiq demək mümkün deyil.

Çünki, 2013 və 2014-cü illərdə bu şəkillə çox sayda bloq və sosial şəbəkələrdə xəbər paylaşılıb. Aşağıdakı linkdə paylaşımları özünüz görəcəksiniz.

İmages.google.com

P.S. Ümidvarıq bu şəkilləri türkman qətliamı kimi təqdim etmək istəyən saytlar bu araşdırmadan sonra, öz səhvlərini düzəldəcək və insanları yalnış informasiya vermək kimi jurnalistin etik qaydalarına xələl gətirən addımları bir daha təkrarlamayacaq.

Bəzi saytların Türkman qətliamı fotoları saxta çıxdı (Faktlar)

/haberimaj/habergaleri/2C9O1X2A1K8O.JPG
  1. Bəzi saytların Türkman qətliamı fotoları saxta çıxdı (Faktlar)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.