haberL haberR

Bəzi zəvvarlar oktyabrın 3-ü vətənə gələcək

Kateqoriya: İslam Yayımlama tarixi: 02.10.2015 10:11:08

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb
Azərbaycanlı zəvvarların Həcddən qayıdışı ilə bağlı uçuş qrafikinin son günü bu gün olmasına baxmayaraq, gecikmə səbəbilə vaxt dəyişdirilib. Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasından verilən məlumata görə, zəvvarları gətirən sonuncu təyyarəin ya sabah axşam, ya da oktyabrın 3-də səhər tezdən Ciddədən qalxacağı planlaşdırılıb. Bu gün isə azərbaycanlı zəvvarları gətirmək üçün 3 aviareys nəzərdə tutulub ki, onlardan biri artıq reallaşıb, digələri saat 17:20-də və 23:00-da Bakıya enəcək.

Təxminən 250 zəvvarı gətirəcək daha bir təyyarənin isə oktyabrın 3-də səhər tezdən Ciddə hava limanından Bakıya yola düşməsi nəzərdə tutulub. (apa)

 

Əhmədov Qafar / İslamazeri

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.