haberL haberR

Bıçaqlanan vəkillə bağlı açıqlama verilib

Kateqoriya: Hadisə Yayımlama tarixi: 26.08.2015 12:48:02

Hazırda səhhəti sağalmağa doğru gedir

Gəncə şəhər xəstəxanasının baş həkimi Azad Quliyev məhkəmə prosesi ilə bağlı bıçaqlanan Vəkillər Kollegiyasının üzvü Xatirə Cəbrayılın səhhəti barədə danışıb.

O,  açıqlamasında bildirib ki, X. Cəbrayılın səhhəti qənaətbəxşdir: “O ayaqda sol budundan, sağ qolundan və sağ tərəfdə döş qəfəsindən bıçaq zərbələri almışdı. Hazırda səhhəti sağalmağa doğru gedir. Biz onu nəzarətdə saxlayırıq. Amma nə vaxt istəsə, evə buraxa bilərik”.

Xatıqladaq ki, ötən gün Nizami rayon Məhkəməsində baş tutan ər-arvad boşanması məhkəmə prosesindən sonra mübahisə baş verib. Prosesdə vəkil Xatirə Cəbrayıl qadın tərəfini müdafiə edib və məhkəmə onların lehinə qərar verib. Qarşı tərəf məhkəmədə uduzduğu üçün X. Cəbrayıla 6 bıçaq zərbəsi endirib.(azxeber)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.