Biləsuvarda 18 kq narkotik vasitə aşkar edildi

APA-nın cənub bürosunun məlumatına görə, şöbə əməkdaşlarının Biləsuvar rayonunun Cürəli kəndi ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Mirzəzadə tutulub. Onun əlindəki bağlamadan ümumi çəkisi 18 kiloqram tiryək aşkarlanıb.
Müəyyən olunub ki, Ş.Mirzəzadə narkotik vasitəni İran İslam Respublikasının Ərdəbil şəhərində tanış olduğu Dadaş adlı şəxsdən əldə edib. İran vətəndaşı Ş.Mirzəzadəyə külli miqdarda narkotik vasitəni Azərbaycan ərazisinə keçirməsi müqabilində ona 2000 ABŞ dolları verəcəyini vəd edib. Saxlanılan şəxs təklifi qəbul edərək həmin narkotik vasitəni ölkəyə gətirən zaman polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.