haberL haberR

Bin Ladenin qohumu olan "əl-Qaidə" lideri Suriyada öldürüldü

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.10.2015 15:20:53

Sanafi ən-Nəsr Suriyada bombardman nəticəsində məhv edildi

İslamazeri.az-ın "Sputniknews" - a istinadən verdiyi xəbərə görə, "əl-Qaidə" terror təşkilatının öldürülən lideri Usamə Bin Ladenin də yaxın qohumu olan Sanafi əl-Nəsr Suriyada ABŞ təyyarələrinin bombardmanı nəticəsində ölüb.

Bombardman nəticəsində 2012-ci ildən etibarən "əl-Qaidə" ilə əlaqəli "Nüsra Cəbhəsi" sıralarında Suriya ordusuna qarşı döyüşən Sanafi əl-Nəsrlə birlikdə daha 2 "Nüsra"çı da öldürülüb.

Usamə bin Ladenin əmisi oğlu Sanafi əl-Nəsr Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi tərəfindən də axtarılırdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.