haberL haberR

Binali Yıdırım: Türkiyə səfiri İsrailə geri dönəcək

Kateqoriya: Siyasət Yayımlama tarixi: 27.06.2016 14:55:48

İsrail və Türkiyə arasında əlaqələr yaxşılaşmağa doğru gedir

Islamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyənin baş-naziri Binali Yıldırım Türkiyə səfirinin İsrailə və İsrail səfirinin Ankaraya geri dönəcəklərini bildirib.

“Yaxın zamanda hər iki ölkənin səfirləri öz işlərini bərpa edəcəklər.” – deyə Türkiyə hökümətinin başçısı bildirib. Nazirin çıxışını Türkiyə kanalları canlı şəkildə veriblər.

Xatırladaq ki, Türkiyə və İsrail arasında diplomatik soyuqluq Mavi Mərmərə gəmisinə İsrail xüsusi təyinatlılarının hücumundan sonra baş vemrişdi. Qeyd edək ki, İsrail hücum zamanı 8 Türkiyə vətəndaşı olmaqla 9 türkü qətlə yetirmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.