haberL haberR

Binali Yıldırım: Çevrilişə cəhddən 15 dəqiqə sonra baş verənlər haqda agah oldum

Kateqoriya: Dünya Yayımlama tarixi: 22.07.2016 17:26:21

Türkiyə Cumhuriyyətinin baş-naziri Binali Yıldırım bu gün jurnalistlərlə görüşü zamanı çevriliş cəhdi zamanı bu olaylardan nə vaxt xəbərdar olduğunu bildirib

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə Cumhuriyyətinin baş-naziri Binali Yıldırım bildirib ki, çevriliş cəhdinin başlaması haqda onun başlamasından 15 dəqiqə sonra mühafizəçilər və doslarından xəbər tutub.

“Mən çevrilişin başlamasın haqda öz mühafizəçilərimdən, dostlarımdan, ailəmdən, vətəndaşlardan çevrilişə cəhddən 15 dəqiqə sonra xəbər tutdum. Bundan əvvəl təhlükənin miqyası, nə baş verməsindən bizə heç bir məluma daxil olmamışdı. Lakin indi bunlar mühüm deyil. Mühüm, bizim bu müsibətin bir də heç vaxt

təkrarlanmasın deyə etdiklərimizdir.”,  – Binali Yıldırım cümə günü Ankarada jurnalistlərə bildirib.

Daha əvvəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına verdiyi müsahibədə bildirmişdi ki, təxminən 20 :00 radələrində hazırlanan çevriliş barədə xəbər tutub, “Al-Jazeera” telekanalına verdiyi növbəti müsahibəsində isə bildirib ki, çevriliş cəhd haqda xəbəri ona kürəkəni verib. Türkiyə baş qərargahı isə bəyanatla

çıxış edərək bildirib ki, Türkiyə Milli Kəşfiyat təşkilatı saat 16.00-da baş qərargahı bu haqda xəbərdar edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.