haberL haberR

Binəli Yıldırım: Suriya ilə sərhədin 100 km-ə qədəri İŞİD-dən təmizlənib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 05.09.2016 15:28:48

"Suriya ilə sərhədin 98 kilometri nəzarət altına götürülüb. Bütün terror qruplaşmaları oradan çıxarılıblar."

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyənin baş naziri Binəli Yıldırım Suriyanın şimalında yerləşən Cərablus və Əzəz şəhərləri arasındakı 98 kilometrlik ərazinin İŞİD terror qruplaşmasından təmizlənməsini təsdiqləyib.

Daha əvvəl hərbçilərə istinadən bildirilimişdi ki, "Azad Suriya Ordusu" İŞİD terrorçularını Türkiyə ilə sərhəddə yerləşən Cərablus və Əzaz arasındakı işğal edilmiş ərazidən çıxarıb.

"Suriya ilə sərhədin 98 kilometri nəzarət altına götürülüb. Bütün terror qruplaşmaları oradan çıxarılıblar.", - deyə Yıldırım Diyarbəkirdə çıxış edərkən bildirib.

Xatırladaq ki, avqust ayının 24-ü Türkiyə "Suriya müxalifəti" ilə birlikdə İŞİD-ə qarşı "Fərat Qalxanı" adlı əməliyyata başlayıb və Suriyanın şimalındakı Cərablus şəhərini tutub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.