haberL haberR

Binəqədi rayonu öz şəhidlərini unutmur - FOTOLAR

Kateqoriya: Ölkə Yayımlama tarixi: 17.08.2016 14:11:54

Aprel döyüşləri ərəfəsində və ondan sonra üç rəngli bayrağımıza evlərin eyvanından tutmuş ticarət obyektlərinə qədər hər yerdə rast gəlirik. Həmçinin bəzi küçələrdə vətən uğrunda canından keçən qəhrəmanlarımızın şəkillərini də görmək olur.

Onların dünyadan köçməsinə üzülsək də, digər tərəfdən vətənpərvərlik hissinin aşılanması üçün bu cür addımların atılması, təqdirəlayiqdir.

Döyüşlərdə şəhid olan hərbçilərimizin plakatlarına M.Ə. Rəsulzadə qəsəbəsində və Azadlıq pr. metrostansiyası yaxınlığında da rast gəldik. Binəqədi rayon sakinləri olan və vətən uğrunda canlarından keçən Emin Bağırovla Fəxrəddin Qurbanlının şəkilləri adıçəkilən rayonda yerləşən piyadalar üçün nəzərdə tutulmuş yerüstü keçidlərin üzərində öz əksini tapıb. Lakin bir məqama diqqət çəkmək istərdik, M.Ə.Rəsulzadə qəsəbəsində olan plakatlarda şəhidlərin adları qeyd olunmayıb, amma digərində isə onların adlarını qeyd etməyi unutmayıblar.

İslamazeri.az

Binəqədi rayonu öz şəhidlərini unutmur - FOTOLAR

/haberimaj/habergaleri/6N3Y5I6K5V2Y.JPG
  1. Binəqədi rayonu öz şəhidlərini unutmur - FOTOLAR

  2. Binəqədi rayonu öz şəhidlərini unutmur - FOTOLAR

  3. Binəqədi rayonu öz şəhidlərini unutmur - FOTOLAR

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.