haberL haberR

Binəqədi rayonunda sahibkarlara güzəştli kreditlər verilib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 10.08.2016 10:07:54

20 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif

sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin

maliyyələşdirilməsini davam etdirir.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum avqustun

9-da Binəqədi rayonunda keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması

mexanizmi barədə ətraflı məlumatlar verilib, Binəqədidə həyata keçirilməsi məqsədəuyğun

hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri

maliyyələşdirilib.

100-dən çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Binəqədi rayonunun

iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl

market”in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, plastik qablar və corab istehsalı

müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik

həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli

kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və

metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı

ilin ötən dövrü ərzində ölkə üzrə 1542 sahibkarlıq subyektinin investisiya layihəsinin

maliyyələşdirilməsinə 91,5 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına

maliyyələşdirilən layihələrin reallaşdırılması 4600-dan çox yeni iş yerinin yaradılmasına

imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi

inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq

subyektlərinin 1284 investisiya layihəsinin maliyyələşdirilməsinə 326,4 milyon manat güzəştli

kredit verilib.

İslamazeri.az xəbər verir ki, işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə

3,2 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq,

istixana kompleksinin yaradılması, çörək və un məmulatları, plastik məmulatlar istehsalı və s.

sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170 yeni iş yerinin

yaradılmasına imkan verir.

Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində gündəlik istehsal gücü

46,3 ton olan çörək və ildə 180 ton şirniyyat istehsal etmək gücündə olan zavoda və ildə 30

min ton PVC tərkibli yarımfabrikatları istehsal etmək gücündə olan tikinti materialları istehsalı

müəssisəsinə baxış keçirilib. Ümumilikdə, son illər tikinti materiallarının istehsalı ilə bağlı

yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 84,4 milyon

manat güzəştli kredit verilib. Artıq bu müəssisələrdən 20-i istifadəyə verilib. Bu müəssisələrdə

istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının

reallaşdırılmasında mühüm rol oynayacaqdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.