haberL haberR

Binəqədi sakinləri illərdir bu problemin həllini istəyirlər

Kateqoriya: Sosial Yayımlama tarixi: 12.08.2016 15:14:23

Bu xəttin bərpa olunmasını istəyirlər.

Binəqədi rayonu, 8 mart küçəsinin sakinləri 43 nömrəli maşrut xəttinin bağlanmasına etiraz edirlər. İctimai nəqliyyat xidmətinə-avtobuslara həsrət qalan sakinləri ya bu xəttin bərpa olunmasını, ya da başqa maşrut xətlərinin bu ərazidən keçməsinin təmin edilməsini istəyirlər.

Sakinlərin şikayəti ilə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə telefon və sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Xatırladaq ki, ötən ilin əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşrutlarının optimallaşdırılması və nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.

Bu qurum yaranandan sonra bir-birinin ardınca Bakıda marşrut avtobuslarının xətləri bağlanır. Bir sıra marşrut xətlərinin istiqamətləri də dəyişdirilir ki, bu da əhalinin narazılığına səbəb olur. Marşrut xətlərinin bağlanması sürücülərə də problemlər yaradıb.(bizimyol.info)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.