Bir neçə azərbaycanlı zəvvar Məkkədə xəstəxanadadır

"Həcc ziyarəti zamanı gün vuran və sağlamlığında digər problemlər yaranan azərbaycanlı zəvvarlardan bir neçəsi hələ də xəstəxanada müalicə olunur. Onların əksəriyyəti yaşlı insanlardır".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri, Həcc ziyarəçilərinin qrup rəhbəri Hacı Həmdulla Babayev bildirib.
O bildirib ki, ziyarətin bütün mərhələlərini başa vuran azərbaycanlı zəvvarlar hazırda Məkkə şəhərindədir:
"Hacıların arasında eləsi var ki, sağlamlıqlarında yaranan problemlə bağlı müalicə alırlar. Onlar arasında yaşlı insanlar üstünlük təşkil edir. Azərbaycanlı hacıların arasında 85 yaşı olan da var. Buna görə də xəstəliklə bağlı problemlər qaçılmaz olur".
H.Babayev zəvvarlardan 3 nəfərinin xəstəxana şəraitində müalicə olunduğunu bildirib. Qrup rəhbəri onu da bildirib ki, azərbaycanlı zəvvarların ilk qrupu sentyabrın 29-da gecə saatlarından başlayaraq Vətənə dönməyə başlasalar da, müalicə alan zəvvarların növbəsi olmadığından, onlar gələ bilməyəcəklər: "Xəstələnən hacılar hələ iki gün də Məkkədə qalmalı olacaqlar". (report)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.