haberL haberR

Bir neçə rayonun qaz təchizatı məhdudlaşdırılacaq

Kateqoriya: Sosial Yayımlama tarixi: 03.09.2015 17:01:00

Sabah Abşeron və Astara magistral qaz kəmərlərində cari təmir işləri aparılacaq.

Sabah Abşeron və Astara magistral qaz kəmərlərində cari təmir işləri aparılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, sentyabrın- 4 də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” və Astara magistral qaz kəmərləri sahəsinin “Masallı” və “Ovçubərə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Masallı rayonunun mərkəzi hissəsi də daxil olmaqla, rayonun Qızılavar, Qəyəgöl, Ərkivan, Qəriblər və Musaküçə, Biləsuvar rayonunun Ovçubərə, Ağalıkənd, Amankənd, Əsgərabad, Asağı Cürəli, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonu Nardaran və Maştağa qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.