Bir nəfəri qətlə yetirib birini də bıçaqlayan şəxs şikayət etdi
Şikayət əsasında məhkəmə başladıldı

Bakı Apellyasiya Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə bıçaqlamaqda təqsirləndirilən Nazim Mirzalızadənin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.
İslamazeri.az apa-ya istinadən məlumat verir ki, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası isə sentyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, N. Mirzalızadə münaqişə zəminində Elşən Orucov adlı şəxsi bıçaqlayaraq qətlə yetirib, Samir Hüseynova isə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Mirzalızadə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan N. Mirzalızadə apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.