haberL haberR

"Biz qarşıdurma istəmirik, lakin imam Hüseyn (ə) övladlarıyıq"

Kateqoriya: İslam Yayımlama tarixi: 24.06.2016 18:20:50

Bəhreynin İslam Alimlər şurasının sədri, Şeyx İsa Qasimin evinin önündə toplaşanlara hücumla bağlı xəbərdarlıq edib.

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə görə, rejim tərəfindən fəaliyyəti ləğv olunan şuranın sədri Məcid Məşəl bildirib: “Biz qarşıdurma yaratmaq niyyətində deyilik, lakin imam Hüseyn (ə) övladlarıyıq. O Həzrətin dediyi kimi biz də “Zillət bizdən uzaqdır” deyəcəyik. Biz rəqib axtarmırıq, lakin zillət və alçaqlığı da qəbul etməyəcəyik. Çünki canımızı dinimə qurban verməyimizi rəhbərlərimizdən öyrənmişik. Şeyxin evi önündə toplaşan xalqa hücum olunarsa, canımızı qurban verəcəyik. Gücünüz olsa da, sonda nə etmək niyyətindəsiniz? Niyyətiniz tarixdə qan tökən kral kimi qalmaqdır? Mən sizi düşünməyə dəvət edirəm. Bilin ki, xalq var gücü ilə rəhbərini müdafiə etməyə hazırdır.”

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.