haberL haberR

Bloomberg: ABŞ və Rusiya faktiki olaraq Suriyada alyans yaradır

Kateqoriya: Təhlil Yayımlama tarixi: 07.04.2016 19:00:15

"İŞİD terror təşkilatı ilə mübarizənin artması, məcburi olaraq Rusiya və ABŞ-ı yaxınlaşdırır və alyans yaratmalarına səbəb olur"

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu fikirlər tanınmış "Bloomberg" nəşrinin icmalçısı Henri Mayerə məxsusdur. Onun fikirinə görə, İŞİD-in "paytaxtı" Rəqqaya, ABŞ və Rusiya tərəfindən hazırlanan hücumun koordinasiyası üçün, ölkələrin yeni səviyyəyə çıxması tələb olunur, hansı ki de-fakto alyans hesab olunacaq.

Rusiya Hava Kosmik Qüvvələrinin dəstəyi ilə Suriya hökümət qoşunları martın 27-si İŞİD-i Palmiradan çıxardıb. Eyni vaxtda ABŞ tərəfdən dəstəklənən kürd könüllüləri, İŞİD-in paytaxtı hesab olunan Rəqqa şəhərinə tərəf irəliləməkdədirlər. İŞİD-i “kəlbətinin dişləri arasına almaq üçün” təşkil edilmiş hücum perspektivi nəticəsində Rusiya və ABŞ əlaqələrində yeni mərhələ üçün qapı aça bilər. Bu mərhələni də de-fakto olaraq alyans hesab etmək olar.

Bloomberg nəşrinin icmalçısı Henri Mayer hesab edir ki, Suriyaya dair atəşkəs və mümkün sülh sazişi uğrunda atılmış addımlar, İŞİD-ə qarşı mübarizə uğrunda Kreml və Ağ Evi yaxınlaşdırır.

Avropada artan miqrant axını və terror aktlarının fonunda, İŞİD-ə qarşı hərbi əməliyyatlar mühüm əhəmiyyət kəsb etməyə başlayır.

ABŞ-ın hökümət katibi Con Kerri kanalların birində çıxış edərkən, Suriyada əldə olunan müvəffəqiyyətləri Rusiyanın rolunun mühüm olduğunu qeyd edib -  Ətraflı.

Həmçinin Suriya ordusunun Palmiranı azad etdikdən sonra, Əl-Qaryateyn şəhərin üzərində də nəzarətini bərpa edə bilmişdir. Bu şəhərlərin azad edilməsi mühasirədə qalan Deyr əz-Zor şəhərini mühasirədən çıxarmaq üçün mühüm rol oynayacaq.

Bloomberg həmçinin qeyd edir ki, bütün bunlar Qərbin Rusiyaya ilə Əsəd barəsində kompromisə getməsini daha da yaxınlaşdırır.

Lakin Əsəd və onun hərəkətlərinə ABŞ tərəfindən veriləcək olan istənilən dəstək, Ağ Evin Türkiyə və Ərəbistanla olan əlaqələrinə təsirsiz ötüşməyəcək. Rusiyanın və ABŞ-ın dəstkələdiyi qüvvələrin İŞİD-ə qarşı eyni müstəvi üzərində hərəkət etməsi, Moskva ilə Vaşinqton arasında yaxınlaşmanı qaçılmaz edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.