haberL haberR

BMT-də İranın raket təlimlərilə bağlı təşkil edilən iclas bəyanatsız yekunlaşdı

Kateqoriya: Dünya Yayımlama tarixi: 15.03.2016 11:57:00

BMT İranın son hərbi sınaqlarını müzakirə etsədə yekun nəticəyə gələ bilmədi

İslamazeri.az-ın “Fars”  agentliyinə istinadən verdiyi xəbərə əsasən, dünən BMT şurasında İranın son raket sınaqlarını müzakirə etmək üçün iclas təşkil olunub. 

Məlumata görə, iclas zamanı rəsmi Moskva İranın bu sınaqlarının BMT qətnaməsinin ziddinə olmadığını bildirərək, yeni sanksiyalara ehtiyac olmadığını vurğulayıb. Rəsmi Vaşinqtonun nümayəndəsi Samanta Paver isə bu sınaqları təhrikedici adlandıraraq, İsrailə təhdid olaraq dəyərləndirib.

Samanta İsrailin müttəfiqi olaraq bu sınaqların məhkum etdiyini və lazımı cavabı verəcəklərini bildirib.

O həmçinin Rusiyanı İrana qarşı sanksiyaların tətbiq olunmaması üçün bəhanələr gətirməkdə ittiham edib.

İngiltərə və Fransa nümayəndələri də öz növbəsində bu sınaqları BMT qətnaməsini pozmaq kimi dəyərləndirib.

Bütün bunlara baxmayaraq iclas son bəyanat qəbul olunmadan yekunlaşıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.