haberL haberR

BMT: Hələbdə şiddətli döyüşlər gedir, mülki əhali arasından itkilər var

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.04.2016 12:24:39

BMT baş-katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, son günlər Hələb şəhərində hərbi əməliyyatlar yenidən aktivləşib

İslamazeri.az RT-ə istinadən xəbər verir ki, mülki əhali arasında itkilərin çox olduğu haqda məlumatlar var.

“Humanitar məsələlərin koordinasiyası üzrə idarəyə Hələb şəhəri və onun ətrafında bütün münaqişə tərəfləri arasında hərbi əməliyyatların aktivləşməsi haqda xəbər daxil olub.” – deyə Düjarrik bildirib.

O, əlavə edib ki, terrorçuların hədəfləri vurulub, quru toqquşmaları haqda məlumatlar var, döyüşlər zamanı dinc əhalinin ölməsi və xəsarət alması qeydə alınıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.