haberL haberR

BMT-in sülhməramlıları partlayış nəticəsində həlak olub

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.05.2016 15:13:15

Hadisə yerinə hadisənin araşdırılması üçün ekspert qrupu göndərib

İslamazeri.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Malinin şimalında içərisində BMT-in sülhməramlıları olan maşının partladılması və terrorçularla atışma nəticəsində 5 sülhməramlı həyatını itirib, daha 3-ü isə yaralanıb.

Agentliyin məlumatına əsasən, ötən gün sülhməramlıların maşını partladıldıqdan sonra terrorçular hərbçilərə atəş açmağa başlayıb. Bildirilir ki, həlak olmuş sülhməramlılar Çadın vətəndaşları idilər.

Malidə sabitləşdirmə üzrə BMT-in beynəlxalq missiyası, mətbuat konfransında, toqquşmalar nəticəsində bir neçə insanın həlak oluduğunu bildirib, lakin dəqiq rəqəm söyləməyib. Missiya həmçinin bildirib ki, hadisə yerinə hadisənin araşdırılması üçün ekspert qrupu göndərib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.