haberL haberR

BMT İraqda insan tələfatını faciə adlandırıb: 18802 nəfər ölü

Kateqoriya: Siyasət Yayımlama tarixi: 21.01.2016 12:20:55

BMT nəhayət İraqda ağır faciənin yaşandığı anlayıb

İslamazeri.az-ın “AlAlam”-ə istinadən verdiyi xəbərə görə, BMT yaydığı hesabatda 2014-ci ilin yanvar ayından 2015-ci ilin oktyabr ayına qədər İraqda ölən və yaralananların statistikasını elan edib. Qeyd olunan müddət ərzində 18802 nəfər ölüb, 36245 nəfər yaralanıb.

Həmçinin bu illər ərzində 3 milyon 200 min nəfər də didərgin düşüb.

Təşkilat həqiqəti əks etdirən rəqəmlərin bundan da artıq olduğunu qeyd edib: “Bu cinayətlər soyqırım həddinə çatmışdır. Terrorçu qruplar qadınlardan sui-istifadə etməyə davam edir.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.