haberL haberR

BMT nümayəndəsi Hz.Əlinin (ə) məzarını ziyarət edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.04.2015 18:51:30

O, daha sonra Ayətullah Sistani ilə görüşüb

İslamazeri.az-ın "əl-Aləm"-ə istinadən verdiyi xəbərə əsasən, BMT nümayəndəsi Nəcəf şəhərində səfərdə olub.

BMT sədrinin xüsusi nümayəndəsi Yan Kubiş dünən Nəcəf şəhərinə səfər edib. O, şəhərə daxil olduqdan sonra həzrət Əlinin (ə) müqəddəs məzarını ziyarət edib.

Yan Kubiş İraqın nüfuzlu təqlid mərcəsi Ayətullah Seyid Əli Sistani ilə də görüşüb. Görüşün təfərrüatları haqda məlumat verilməsə də, BMT nümayəndəsinin digər İraq müctehidləri ilə də görüşəcəyi bildirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.