haberL haberR

BMT Səudiyyə rejiminin adını Yəməndə müharibə cinayəti işləyənlər siyahısından çıxardı

Kateqoriya: Dünya Yayımlama tarixi: 17.08.2016 18:16:14

BMT-in Yəməndə müharibə cinayəti törətdiyinə dair yekun hesabatından Səudiyyə Ərəbistanının adını çıxardığı açıqlanıb.
İslamazeri.az-ın "Əl-Əhmər əl-Acilə"-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Abdulla əl-Muallimi Səudiyyə Ərəbistanının Yəməndə müharibə cinayəti törətdiyinə dair sənədin artıq tamamilə bağlandığını deyib.
 
BMT-dən bir heyətin çox yaxın zamanda Səudiyyə Ərəbistanına gələcəyini bildirən əl-Muallimi BMT-in Səudiyyə rəhbərliyindəki Ərəb Koalisiyasının Yəməndə törətdiyi müharibə cinayətləri ilə bağlı yekun hesabatından Səudiyyə Ərəbistanının adını çıxardığını söylədi.
 
BMT daha əvvəl yayımladığı hesabatında Səudiyyə rəhbərliyindəki koalisiyanın Yəmənə etdiyi hücumlarda 510 uşağın öldürüldüyünü, 667 uşağın da yaralandığını bildirərək Səudiyyə Ərəbistanınl müharibə cinayəti işləməklə günahlandırıb. Ancaq rəsmi Ər-Riyadın reaksiyasından sonra geri addım atmışdı.
 
Digər tərəfdən, BMT Beynəlxalq Əfv Təşkilatı və İnsan Haqları Müşahidəçi Təşkilatı BMT Baş Katibi Pan Gi Munun Səudiyyə Ərəbistanını müharibə cinayəti işləyən ölkələr siyahısından çıxarmasını pisləyib.
 
Səudiyyə rəhbərliyindəki koalisiyayanın təyyarələri dünən də Haccə şəhərində Sərhəd Tanımayan Həkimlər Təşkilatına aid bir xəstəxananı bombalamış, xəstəxananın sahibi olan təşkilat belə 20-ə yaxın adamın öldüyü və ya yaralandığı bu hücumu kimin etdiyini açıqlamamışdı.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.