haberL haberR

"Boeing" bu modelin istehsal həcmini azaldır

Kateqoriya: Dünya Yayımlama tarixi: 23.01.2016 10:45:50

“747-8” modeli, yanacağa qənaət baxımından 2 mühərrikli modellərə uduzur.

Dünyanın ən iri təyyarə istehsalçısı “Boeing” şirkəti “747-8” Cambo tipli nəhəng avilaynerlərin istehsalını azaldır. ANS PRESS-in məlumatına görə, sentyabr ayından başlayaraq, istehsalat həcmi illik 12 təyyarədən 6 təyyarəyə düşəcək. ABŞ prezidentinin təyyarəsi sayılan “747-8” modeli, son illər yanacağa qənaət baxımından rəqabətdə 2 mühərrikli modellərə uduzur. 

Aerokosmik analitiklərə görə, “747” modeli tədricən ölmək üzrədir. Ağ Evin təyyarəsini çıxmaq şərtilə son bir neçə ildə bu modeldən daha çox yük təyyarəsi qismində istifadə olunur, nəinki sərnişin təyyarəsi. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.