haberL haberR

"Boko Haram" 2 il əvvəl qaçırdığı qız tələbələrin yeni videosunu yayımlayıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.08.2016 11:21:39

"Boko Haram" terror təşkilatı Nigeriyanın Çibok qəsəbəsindən iki il əvvəl qaçırdığı qız tələbələrdən bəzilərinin göründüyü yeni bir video material yayımlayıb.

İslamazeri.az "Sputnik"-ə istinadən xəbər verir ki, "Boko Haram"la bağlı yeni yayımlanan videoda tutulan militanların azadlığa buraxılmasını tələb edən bir silahlının arxasında hicab geyinmiş, Çibok qəsəbəsindən qaçırılan təxminən 50 qız tələbənin olduğu görülüb.

"AİLƏLƏRİMİZ CƏSARƏTLİ DAVRANIB AZAD EDİLMƏYİMİZ ÜÇÜN HÖKUMƏTLƏ DANIŞMALIDIR"

Görüntülərdə bir silahlı özünü Maidə Yaqubu olaraq tanıdan və Çibokdan olduğunu deyən bir qızdan "müsahibə" alır. Qız da "Ailələrimiz cəsarətli davranıb azad edilməyimiz üçün hökumətlə danışmalıdır", - deyir.

QIZLARIN QAÇIRILMASINDAN SONRA ÜÇÜNCÜ DƏFƏ VİDEO YAYIMLADILAR

Bu qızların qaçırılması sonrasında görüntülərinin yayımlandığı üçüncü videodur.

"Boko Haram" 2014-də bir məktəbdən 276 qız tələbəni qaçırmışdı. 219 tələbənin hələ də terror təşkilatının əlində olduğu güman edilir. Qaçmağı bacaran qız tələbə isə, "Boko Haram"-ın əlindəki bəzi qızların İslam dininə keçməyə, bəzilərinin də terrorçularla evlənməyə məcbur edildiyini bildirmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.