haberL haberR

Bölgələrə gedişhaqqının qiymətləri artırılıb

Kateqoriya: Sosial Yayımlama tarixi: 16.09.2015 13:02:16

Bəzi bölgələrə gedişhaqqı hətta ikiqat artırılıb
Bakı Avtovağzalından rayonlara sərnişin daşıyan fərdi minik vasitələrinin sürücüləri bölgələrə gediş haqlarını artırıblar. Lənkəran, Göyçay, Ucar, Qazax, Şamaxı habelə digər şəhər və rayonlara gediş haqları 2 manat artıb. Xaçmaz, Quba, Qusar və digər rayonlara isə gediş haqları 1 manat bahalaşıb. Fərdi avtomobillərin sürücüləri dünəndən etibarən Göyçaya, Ucara gedən sərnişinlərdən 12 manat (əvvəlki qiymət 10 manat idi) tələb ediblər. Gediş haqlarının bahalaşması Sumqayıt-Bakı istiqamətində hərəkət edən fərdi minik vasitələrində də müşahidə edilib. Belə ki, Sumqayıtdan Bakıya sərnişin daşıyan taksi sürücüləri də gediş haqlarını 2 dəfə artırıblar. Sərnişinlər  dünən və bu gün Sumqayıtdan Bakıya gəlmək üçün  2 manat (sentyabrın 15-ə qədər gediş haqqı 1 manat idi) gediş haqqı ödəməli olublar. Fərdi minik avtomobilləri sürücülərinin gediş haqlarını artırmaları dünəndən etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7-dən gecə saat 00:00-a qədər paytaxta girişinə qadağa qoyulması ilə əlaqələndirilir. (publika)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.