haberL haberR

Boliviya prezidenti: Donald Trampa psixiatr lazımdır

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.06.2016 11:33:27

“Bilmirəm bu cür namizəd Birləşmiş Ştatların özü üçün faydalıdırmı?"

İslamAzeri.az-ın verdiyi xəbərə əsasən, Boliviyanın prezidenti Evo Morales hesab edir ki, ABŞ prezidenti postunun namizədi Donald Trampa psixiatr lazımdır.

“Mən düşünürəm ki, ifadəmə görə üzr istəyirəm, ona psixiatr lazımdır”, – deyə “Ria Novosti”-yə müsahibə verən Morales Donald Tramp haqda bildirib.

Morales bu cür namizədin ABŞ üçün yararlı olacağına şübhə etdiyini bildirib. “Bilmirəm bu cür namizəd Birləşmiş Ştatların özü üçün faydalıdırmı? Düşünmürəm”, – deyə Morales əlavə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.