Bolnisidə İmam Əlinin (ə) mövludu qeyd olundu - Foto

İslamazeri.az-ın verdiyi xəbərə görə, tədbirdə din xadimləri, Faxralı kənd sakinləri və rayonun digər kəndlərnidən dəvət olunan müsəlmanlar iştirak edib.
Tədbirin aparıcısı Faxralı kəndinin axundu Məşədi Sabin Cəfərov məclisi Qurani-Kərimin tilavəti ilə başlaması üçün ilk öncə Kərbəlayi Rza Qasımovu dəvət edib. Sonra Bolnisi rayonunun baş axundu Hacı İfrət Əhmədov, bölgə imamı Hacı Adil Nəbiyev, kəndin imamı Hacı Sahib və digər şəxslər iştirakçıları təbrik edib.
Onlar Allahın vəlisi, Peyğəmbərin (ə) vəsisi Hz. Əli (ə) haqda fikirlərini və ürək sözlərini bölüşdülər.
Bayram süfrəsi ətrafında keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarını salamlayıb təbrik etdikdən sonra Hz. İmam Əlinin (ə) məqamından və İslamın inkişafına verdiyi töhfələrdən, himayə etməsindən danışıb.
O, Həzrətin müsəlmanlara etdiyi tövsiyələrindən söz açaraq deyib: “Gürcüstanda yaşayan müsəlmanlar İmam Əlinin (ə) mövludu ilə yanaşı miladi təqvimi ilə də Hz. İslam Peyğəmbərinin (s) mövlud gününü qeyd edərək xatırlayır, xatirəsini yaşadırlar. Ona olan sevgilərini elan edib, vəfalılıqlarını nümayiş etdirirlər”.
Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir dua oxunmaqla sona çatıb. Sonda məclis iştirakçılarına jurnallar hədiyyə olunub.
Qeyd edək ki, dünən Dmanisi rayonunda da Hz. Əlinin (ə) mövldu qeyd edilib.
Bolnisidə İmam Əlinin (ə) mövludu qeyd olundu - Foto
Bolnisidə İmam Əlinin (ə) mövludu qeyd olundu - Foto
Bolnisidə İmam Əlinin (ə) mövludu qeyd olundu - Foto
Bolnisidə İmam Əlinin (ə) mövludu qeyd olundu - Foto
Bolnisidə İmam Əlinin (ə) mövludu qeyd olundu - Foto
Bolnisidə İmam Əlinin (ə) mövludu qeyd olundu - Foto
Bolnisidə İmam Əlinin (ə) mövludu qeyd olundu - Foto
Bolnisidə İmam Əlinin (ə) mövludu qeyd olundu - Foto
Bolnisidə İmam Əlinin (ə) mövludu qeyd olundu - Foto
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.