Borçalıda "Məbəs bayramı" keçirildi - Foto

Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti və onun nəzdində fəaliyyət göstərən " Zeynəb (s.ə)" Qadınlar Birliyi və Əhli-Beyt (ə) Aşiqləri Formunun təşkilatçılığı ilə əziz İslam peyğəmbərinin (s) peyğəmbərliklə vəzifələndiyi gün münasibəti ilə möhtəşəm "Məbəs" bayram tədbiri keçirilib.
İslamazeri.az "ahlibeyt.ge"yə istinadən xəbər verir. Xəbərə görə, Marneuli Mədəniyyət Evində təşkil olunan məclis Elçin Daşdanzadənin aparıcılığı ilə baş tutub.
Bayram tədbiri Kərbəlayi Rzanın Quran tilavəti ilə açıq elan olunub.
Sonra Bakı şəhərindən təşrif buyuran "Azərbaycan" ilahi nəğmələr qrupunun rəhbəri Seyid Taleh Peyğəmbər (s) və Əhli-Beytin (ə) şəninə şer və ilahilər səsləndirib.
Məclisə Türkiyədən dəvət olunan "Cəfəri" Alimlər Birliyinin idarə heyyətinin üzvü, dəyərli alim Məhdi Aksu Məbəs günü və besətin hədəfləri mövzusunda çıxış edib.
Onun çıxışından sonra Əhli-Beyt (ə) Cəmiyyətinin tələbələri İslam dinində təkid olunan gəstərişləri səsləndiriblər.
Məclis böyük coşqu ilə Seyid Talehin səsləndirdiyi ilahilərlə davam edib. Bayram tədbiri dua və ziyafət süfrəsi ilə yekunlaşıb.
Borçalıda Məbəs bayramı keçirildi - Foto
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.