haberL haberR

Böyük Britaniyanın ən böyük ailəsinin 12-ci övladı dünyaya gəlib

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 28.07.2016 19:08:33

Ailə kredit kartlarından istifadə etmir və hər il ailəlikcə ölkə xaricində istirahətə gedir

İslamazeri.az-ın "Daily Mail"-ə istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyanın ən böyük ailəsi hesab olunan Redford ailəsinin 12-ci uşağı dünyaya gəlib.

Çoxuşaqlı ata və ana – Noel və Syu yeni doğulmuş qızlarını Fibi Uillou adlandırıblar. Xanım Redford “daha bir uşaq sahibi olmağı mümkünlüyü barədə düşünür” (daha bir uşaq da dünyaya gətimək üzərində düşünür). “Heç vaxt “heç vaxt” demə. Bizim dostlarımız və ailəmiz Noel və Syu hələ uşaq ikən tanış olbular. Artıq (tanışlıqdan) bir neçə il sonra cütlük görüşməyə başlayıb. Syu ilk hamiləliyi barədə öyrəndiyi zaman onun 14 yaşı vardı. Bir müddət keçdikdən sonra sevgililər öz şəxsi evlərinə köçərək evləniblər. Toydan sonra Noel və Syu qərar veriblər ki, 3-4 uşaq sahibi olmaq istəyirlər ki, “öz ailələrini tamlanmış (tam olmuş) hiss etsinlər”. Lakin 4-cü uşaq doğulduqdan sonra anlayıblar ki, onlar bununla kifayətlənə bilməzlər. 5-ci uşaq doğulmamışdan az müddət əvvəl ailə öz şəxsi biznesinə sahiblənib – ailə çörəkxanası (şirniyyatxanası) açıblar. Bu biznes indiyədək artmaqda olan ailəni təmin etməyə davam edir.
Bizim dostlarımız və ailəmiz cüt rəqəmin alınması üçün daha bir uşaq dünyaya gətirməli olduğumuzu təkrarlamaqdan əl çəkmirlər." - Syu bildirib. Syu belə bir fürsəti istisna etmədiyini əlavə edib.
Noel və Syunun ən böyük övladının hazırda 27 yaşı var. Ailənin hamısı 240 min funt-sterlinq dəyəri olan çox böyük viktorian evində yaşayır. Bu evi onlar 11 il əvvəl alıblar.
Qeyd edək ki, ailə kredit kartlarından istifadə etmir və hər il ailəlikcə ölkə xaricində istirahətə gedir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.