haberL haberR

Böyük Vətən Müharibəsinin yaşlı müsəlman iştirakçısı vəfat edib (Foto)

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 03.09.2016 10:22:14

Müharibənin ən yaşlı veteranlarından biri olan Süleymanovun 14 nəvəsi, həmçinin nəticələri və kötüycələri də var.

İslamazeri.az-ın "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, İkinci Dünya Müharibəsinin (İDM) ən yaşlı veteranlarından biri olan Kapken Süleymanov həyatının 112-ci ilində Rusiyanın Tümen vilayətində vəfat edib. Reyxstaqın alınmasında iştirak etmiş veteranın 112 yaşının tamam olmasına 2 aydan bir az çox vaxt qalmışdı.

Kapken Süleymanov İDM-də hərbi əməliyyatlarda müharibənin ilk günlərindən iştirak edib: 1941-ci ilin yayından 1945-ci ilədək. O pulemyotçu kimi qulluq edib. Budapeştin alınması və Reyxstaqa həmlədə də iştirak edib.

Müharibə bitəndən sonra, veteran Tümen əyalətində məskunlaşmağa qərar verib. Onun qohumları danışırlar ki, o hər zaman fiziki əməklə məşğul olmağı xoşlayıb və heç vaxt pis vərdişlərə sahib olmayıb: Siqaret çəkməyib, içki içməyib.

İDM-in ən yaşlı veteranlarından biri olan Süleymanovun 14 nəvəsi, həmçinin nəticələri və kötüycələri də var.

Böyük Vətən Müharibəsinin yaşlı müsəlman iştirakçısı vəfat edib

/haberimaj/habergaleri/3K0W2F3H1S9W.JPG
  1. Böyük Vətən Müharibəsinin yaşlı müsəlman iştirakçısı vəfat edib

  2. Böyük Vətən Müharibəsinin yaşlı müsəlman iştirakçısı vəfat edib

  3. Böyük Vətən Müharibəsinin yaşlı müsəlman iştirakçısı vəfat edib

  4. Böyük Vətən Müharibəsinin yaşlı müsəlman iştirakçısı vəfat edib

  5. Böyük Vətən Müharibəsinin yaşlı müsəlman iştirakçısı vəfat edib

  6. Böyük Vətən Müharibəsinin yaşlı müsəlman iştirakçısı vəfat edib

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.