haberL haberR

Britaniya HHQ İraqda Səddam Hüseynin sarayındakı İŞİD-çilərə zərbələr endirib

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.08.2016 15:26:24

Bildirilir ki, terrorçular sarayda xarici yaraqlıların təlim mərkəzi və qərargah yerləşdiribmişlər.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniya Müdafiə Nazirliyindən bildiriblər ki, Krallıq HHQ-sinə məxsus qırıcılar keçmiş İraq prezidenti Səddam Hüseynin saraylarından birində yerləşmiş İŞİD terror qruplaşması mövqelərinə zərbələr endiriblər.

Bildirilir ki, terrorçular sarayda xarici yaraqlıların təlim mərkəzi və qərargah yerləşdiribmişlər. Zərbə koalisiya qüvvələri ilə uzlaşdırılmış və "Eurofighter Typhoon" qırıcıları tərəfindən endirilib.

Britan müdafiə naziri Maykl Fellon qeyd edib ki, İŞİD həm öz tərəfdarlarını, həm də tutduğu əraziləri itirməkdədir və bu da onu göstərir ki, onlar və koalisiya düzgün yoldadırlar.

Fellon Kipr adasında yerləşən "Akrotiri" HHQ bazasına səfəri zamanı, həmçinin terrorçulara qarşı keçirilən əməliyyatlarda iştirak etmək üçün İraqa əlavə qoşunlar göndərmək niyyətində olduqlarını bildirib. "Akrotiri" bazasından Britaniya təyyarələri İŞİD-ə qarşı gündəlik missiyaları yerinə yetirirlər. Əlavə qüvvələr Ənbar əyalətində yerləşən "əl-Əsəd" aviabazasında yerləşdiriləcək və onlar qoşunların hazırlanması ilə məşğul olacaqlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.