haberL haberR

Britaniya zabitləri qaçqınların telefon danışıqlarına qulaq asır

Kateqoriya: Dünya Yayımlama tarixi: 12.04.2016 12:11:40

Britaniyanın immiqrasiya zabitləri, qaçqınların telefon danışıqlarına qulaq asa bilirlər

Britaniyanın sərhəd mühafizə və immiqrasiya idarəsinin əməkdaşları ölkəyə gələn qaçqınların telefon danışıqlarına qulaq asmaq, həmçinin onların kompyuterlərinin gizlin şəkildə “sındırılması” hüququnu əldə ediblər. İslamazeri.az bildirir ki, bu haqda məlumatı Birləşmiş Krallığın DİN-ə istinadən “The İndependent” xəbər verib. “The İndependent”in məlumatlarına əsasən, immiqrasiya zabitləri yeni imkanları hələ 2013-cü ildə əldə ediblər. İdarə işçiləri qanuni şəkildə qaçqınların maşınları və evlərində dinləmə cihazları qura, həmçinin onların elektron cihazlarındakı məlumatları yoxlaya bilərlər.

Daxili İşlər Nazirliyində məlumatı təsdiqləyərək bildiriblər ki, yeni tədbirlər təhlükəsizliyin artırılması üçün atılıb. Qurumdan həmçinin deyilib ki, zabitlərin yeni hüquqları yalnız artmaqda olan miqrant axınları ilə əlaqəli olan “ciddi cinayətlərin araşdırılması, qarşısının alınması üçündür”.

"The İndependent"in verdiyi məlumata əsasən, sərhəd nəzarətinin 700-ə yaxın əməkdaşının dinləmə hüquqları var.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.