haberL haberR

Britaniyadan 1 mln avro təzminat alan keçmiş Quantanamo məhbusu İŞİD-ə qatıldı

Kateqoriya: Dünya Yayımlama tarixi: 10.10.2015 20:33:48

2002-ci ildə həbs olunan Camal əl-Həris İŞİD-ə qoşulub

İslamazeri.az "Jihad Watch"-a istinadən xəbər verir ki, "Taliban" terror təşkilatının üzvü olduğu səbəbilə 2002-ci ilin mart ayında Əfqanıstanda həbs olunaraq Quantanamoya aparılan Britaniya vətəndaşı sərbəst buraxıldıqdan sonra 1 milyon avro təzminat alıb.

Camal əl-Həris adlı məhbus 2004-cü ildə Kubadakı hərbi həbsxanadan buraxıldıqdan sonra Britaniya hökumətindən 1 milyon avro təzminat qazanmışdı.

Britaniyanın, hüquqları pozulduğu üçün 1 milyon avro təzminat verdiyi keçmiş Quantanamo məhbusunun İŞİD terror təşkilatına üzv olduğu qeyd edilib. Britaniya kəşfiyyatının nəzarətində olan Camal əl-Hərisin 18 ay əvvəl Suriyaya gedərək İŞİD cərgələrində iştirak etdiyi ortaya çıxıb. Camal əl-Hərisin Suriyadakı terrorçulara qoşulduğu məlumatını İŞİD-in nəzarətindəki bölgədən ayrılaraq ölkəsinə qayıdan 5 uşaq anası britaniyalı Şuke Bequm verib. Camal əl-Hərislə evli olan Şuke Bequmun Suriyaya gedərək onu qayıtması üçün inandırmağa çalışdığı, lakin bacarmadığı qeyd edilib.

Britaniya mediası Camal əl-Hərisin hüquq-mühafizə orqanlarınının diqqətindən yayınaraq Suriyaya qədər necə getdiyini araşdırır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.