haberL haberR

Britaniyalı 13 yaşlı uşaq İŞİD cəlladına çevrilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.08.2016 17:36:36

Kişi bildirib ki, tapanca ilə kürd əsirləri güllələyən 13 yaşlı uşaq onun oğlu Co Codur.

İslamazeri.az-ın "The Independent"-ə istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniya sakini İŞİD terror təşkilatının propaqanda videosuna baxan zaman cəlladı tanıyıb.
Kişi bildirib ki, tapanca ilə kürd əsirləri güllələyən 13 yaşlı uşaq onun oğlu Co Codur. Britaniya sakininin sözlərinə görə, o, 2004-cü ildə uşaqları dünyaya gəldikdən sonra həyat yoldaşından ayrılıb. Onun keçmiş həyat yoldaşı rok qrupunun keçmiş üzvü olub. Uşağın anası bir müddət sonra 20 yaşlı Cunaid Hüseyn adlı mühacirin təsiri altına düşərək İslamı qəbul edib və ona ərə gedərək onunla birlikdə Suriyaya yola düşüb. Orada yeni ailə qurmuş cütlük İŞİD terrorçularına qoşulublar.
"O yaxşı və normal uşaq olub. Parkda gəzərək oyun oynayardı. Mən gərək bunun qarşısını alardım. Dəhşətlidir ki, onun beynini yuyublar.", - deyə azyaşlı terrorçunun atası bildirib.
"Independent"-in məlumatına əsasən, uşağın anası Salli Cons hazırda Um Hüseyn Britaniyyə və ya "Ağ dul qadın" kimi tanınır. Onun ikinci əri 2015-ci ildə hava zərbəsi nəticəsində öldürülüb. Qadın beynəlxalq axtarışdadır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.