haberL haberR

Britaniyalı film rejissorunun oğlu "Əl-Qaidə"yə qoşuldu

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.10.2015 20:28:25

Patrik Kinneyin oğlu "Nusra Cəbhəsi" terror təşkilatına qoşulub

İslamazeri.az "Daily Mail"-ə istinadən xəbər verir ki,  britaniyalı film rejissoru Patrik Kinneyin oğlu olan 26 yaşlı Lukas Kinney  vəhhabiliyi qəbul etdikdən sonra "Əl-Qaidə"nin Suriyadakı qolu "Nusra Cəbhəsi" terror təşkilatına qatılıb.

Özünə Əbu Bəsir adını götürən britaniyalı terrorçu Suriyada çəkilən videolardan birində yer alıb. Oğlu ilə bağlı açıqlama verən ana Debora Fips oğlunun Britaniya və ya Rusiya tərəfindən vurulan digər britaniyalı olacağını söyləyərək əlavə edib: "Onun kamikadze olmasından qorxuram. Evə qayıtmasını çox istəyirəm, bir səhv etdi və bağışlamağa hazıram."

Məktəb illərindən sonra bir il oxuduğu universiteti yarımçıq qoyaraq atasının yanına Vyanaya gedən Əbu Bəsir-in orada vəhhabilərə qoşulduğu ehtimal edilir.

Əbu Bəsir əl-Britani hazırda "Əl-Qaidə"nin Suriyadakı qolu "Nusra Cəbhəsi" terror təşkilatının tərkibində vuruşur. O, terrorçular tərəfindən hazırlanan iki təbliğat videosunda yer alıb. 
Onun ağır yaralandığı və əməliyyat keçirdiyi bildirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.