haberL haberR

Bu 10 maddəni həyatınızdan çıxardın

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 07.10.2015 12:48:31

Dr. Sinan Akkurt immunitet sistemini gücləndirmək üçün həyatımızdan çıxarılması lazım olan 10 maddənin adını sıralayıb

İslamazeri.az "on4haber"-ə istinadən xəbər verir ki, Dr. Sinan Akkurt immunitet sistemini yoran ünsürlərin bədəndən təmizlənməsi üçün biorezonans metodundan da faydalanmanın mümkün olduğunu açıqlayıb.

1.ŞƏKƏR
Şəkər istehlakını 'femək olar ki, heçə endirərək bədəninizin mineral tarazlığını qoruya bilər, immunitet sisteminizin narahatlıqlarla daha asan mübarizə aparmasını təmin edə bilərsiniz.

2.HƏRƏKƏTSİZLİK
Bədənimiz bütün günü televiziya ya da kompüter qarşısında oturmaq üçün dizayn edilməyib! İstər ev işi edin, istər oyun oynayın, istər gəzinti, istər idman, istərsə də rəqs.

3.HAVA ÇİRKLİLİYİ
Əlimizdən gəldiyincə tıxacın sıx olduğu şəhər mərkəzlərindən, istehsalın sıx olduğu sənaye bölgələrindən uzaq yerlərdə yaşayaq. Həftə sonlarını qapalı ticarət mərkəzlərinin yerinə açıq havada keçirin.

4.RADİASİYA

Həyatımızdan çıxara bilmərik bəlkə, amma heç olmasa telefonu qulaqlıqla istifadə edə bilərik, mikrodalğalı sobadan sonsuza qədər imtina edə bilərik. Qab, paltaryuyan maşınlarına işləyərkən yaxınlaşmamaq, saçqurudma maşınını özümüzdən aralı istifadə etmək çətin olmaya bilər.

5.SUSUZLUQ
Gündəlik iki litr su için.

6.SİQARET
Siqaret bütün problemləri olduğu kimi immuniteti də pozur. İstifadə edirsinizsə buraxmaq üçün ən az müddətdə hərəkətə keçin.

7.STRES
Stres immunitet sistemini zəiflədən ən əhəmiyyətli faktordur.

8.YETƏRSİZ QİDALANMA

Yolavermə qidalar, "fast-food" qidalar yerinə bunu özümüzə qanun edək: Nə qədər rəngli tərəvəz, meyvə, nə qədər müxtəlif ət və tərəvəz istehlak etsəniz, o qədər zəngin bəslənərsiniz.

9.ALERGİYA
Bunları biorezonans metoduyla öyrənə bilər və müalicəsində də yenə biorezonans metodundan faydalana bilərsiniz.

10. TEZ-BAZAR
Tez bazar məhsullarının çoxu qida-qatqı maddələri ehtiva edir. Təbii olmayan bütün maddələr immunitet sistemini yorur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.